Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var.
İlham ƏLİYEV.
Azərbaycan əsgəri yenilməz və məğlub edilməzdir. Bu özünü Qarabağ müharibəsində açıq-aydın büruzə verdi. Füzuli rayonunun Horadiz qəsəbəsi ətrafında gedən ağır döyüşlər düşmən üzərində çaldığımız qələbənin bariz nümunəsidir.
Əsgərlərimizin döyüş ruhu, döyüş əzmi çox yüksək idi. Həm də müəyyən məğlubiyyətlər əsgərlərimizin əhval-ruziyyəsinə özünün mənfi təsirini göstərmişdir. Ona görə də ölkə Prezidenti Heydər Əliyev səngərlərə gedir, əsgərlər qarşısında çıxış edir, onları qələbəyə ruhladırırdı:
– Vətənimizi qorumaq, öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır.
İtirilmiş mövqelərimizin geri qaytarılmasına 1993-cü ilin dekabrından başlanılıb. Amma həlledici hücum əməliyyatına yanvarın 5-dən
6-na keçən gecə Azərbaycanın Əhmədbəyli, Alıxanlı,
Kürd Mahmudlü kəndləri istiqamətində başlanılır. Əvvəlcə milli ordunun 400 nəfərlik kəşfiyyat diversiya qrupu Araz çayının sahili ilə düşmən qüvvələrinin arxasına, Horadiz istiqamətinə keçir. Başqa bir dəstə isə ermənilərin əsas qüvvələrinin hərəkət edəcəyi Şükürbəyli və Böyük Bəhmənli istiqamətində pusqu qurur. Ermənilərin arxasına keçən kəşfiyyat qrupları düşmənin ehtiyat qüvvələri ilə ön xətdəki qüvvələrinin əlaqəsini kəsməli idi. Blokal döyüşlər ermənilərin dörd istiqamətdən hücuma məruz qalması ilə nəticələnir. Ermənilər başa düşürlər ki, Horadiz yaxınlığında 25
km dərinlikdə Azərbaycanın hansısa qüvvəsi var.
Orada ermənilərə ağır zərbələr vurulur. Demək olar ki, Azərbaycan tarixində ən güclü əməliyyat (şəhidlər
versək də) Azərbaycan tarixində ən güclü, uğurlu əməliyyat oldu.
Keçirilmiş əməliyyat nəticəsində Azərbaycan ordusu 17 şəhid, 43 yaralı ilə Horadiz qəsəbəsinə daxi olmaqla 22 kəndi işğaldan azad edilməsi ilə əməliyyat başa çatır. Beləliklə erməni bayrağı endirilir, Azərbaycan bayrağı onun yerinə qaldırılır. 21 min hektar ərazi düşməndən azad edilir.
İnşallah, vaxt gələcək Azərbaycan bayrağı işğal olunmuş ərazilərimizdə qaldırılacaq.
Arxiv materialını nəşrə hazırladı: Qasım QIRXQIZLI